BAKI, 22 fev – Sputnik. Azərbaycanlı gənclər beynəlxalq festivallar üçün Xocalı faciyəsinə diqqət çəkmək məqsədi ilə sosial çarx çəkirlər.
Sosial çarxın layihə rəhbəri və quruluşçu rejissoru Cavanşir Eladisoy, rejissoru Emin Muradov, prodüseri Azər Həsənov, koordinatoru və PR meneceri isə Qalib Kazımlıdır.
İdeyası da elə layihənin quruluşçu rejissoruna aid olan sosial çarxın çəkilişlərinin bir hissəsi artıq başa çatıb.
“The Truth” (“Həqiqət”) adlanan sosial çarx 25 fevral tarixindən ictimaiyyətə təqdim ediləcək və daha sonra Xocalı həqiqətlərinə diqqət çəkilməsi məqsədilə beynəlxalq festivallara göndəriləcək.