BAKI, 22 fev — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 122 dəfə pozub.
Sputnik-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası İcevan, Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonları ərazisindəki mövqelərimiz atəşə tutulub.
Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl və Göygöl rayonları ərazisindəki mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 122 dəfə atəş zərbəsi endirib.