BAKI, 21 fev — Sputnik. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Ermənistan Respublikası İcevan, Noyemberyan, Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Qazax rayonunun Qızılhacılı, Fərəhli, Quşçu Ayrım kəndlərində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl və Göygöl ərazisindəki mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 114 dəfə atəş zərbəsi endirib.