Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Azərbaycan tomatından şübhələnib

© kulinarkaTomat pastası
Tomat pastası - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan yanvar ayı ərzində Rusiyaya tomat ixracını beş qat artırıb.

BAKI, 18 fev-Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Türkiyə istehsalı olan tomatların Azərbaycan üzərindən Rusiyaya daxil olmasından şübhələnir.

Sputnik "APA-Economics"ə istinadla xəbər verir ki, bu barədə "İnterfax" agentliyinə Federal Xidmətin rəisi Sergey Dankvert bildirib.

Onun sözlərinə görə, Azərbaycan yanvar ayı ərzində Rusiyaya tomat ixracını beş qat artırıb: "Azərbaycanın Rusiyaya tomat ixracını bu qədər artırması bəzi şübhələr yaradır. Biz artıq Azərbaycan tərəfinə müvafiq məktub göndərmişik. Ekspertlərimizin Azərbaycana ezam olunmasını, orada tomat istehsalının yoxlanılmasını istisna etmirik".

Rusiya cari ilin yanvarın 1-dən Türkiyə istehsalı olan ərzaq məhsullarının ölkə ərazisinə gətirilməsinə qadağa qoyub.

Xəbər lenti
0