Jurnalistlərin diqqətinə!
Fevralın 19-da saat 12.00-da Sputnik Beynəlxalq Mətbuat Mərkəzində Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov mətbuat nümayəndələri ilə görüş keçirəcəkdir. Görüşün məzmunu E.Hüseynovun Yeni Zelandiyanın istehlakçı hüquqlarını qoruyan təşkilatın dəvəti ilə qeyd olunan ölkəyə səfəri ilə bağlıdır.
Belə ki, Yeni Zelandiyadan Azərbaycana çoxsaylı qida məhsulları idxal olunduğu üçün E.Hüseynov Yeni Zelandiyada yağ istehsalı ilə məşğul olan zavodlar barədə məlumatlar toplayıb. Yeni Zelandiyadan idxal olunan yağların keyfiyyəti, onların necə seçilməsi və s. məsələlər barədə ictimaiyyətə açıqlamalar veriləcəkdir.
Əlaqə:
Sputnik Beynəlxalq Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası.
Mətbuat prospekti, 529-cu kvartal, ev 23 M, 4-cü mərtəbə
Telefonlar: 539-98-21, 539-98-23/24 e-mail: i.velizade@rian.ru