BAKI, 15 fev — Sputnik. 1997-ci il fevralın 15-də Amerika Birləşmiş Ştatları Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupuna 3-cü (Rusiya və Fransadan sonra) həmsədr olaraq qəbul olunub.
Erməni tərəfin Fransanın Minsk qrupunda ikinci həmsədr olmasında israrını davam etdirəndən sonra Azərbaycan ABŞ-ın namizədliyini irəli irəli sürmüşdü. Nəticədə kompromis variant kimi üçlü həmsədrlik formatı qəbul olundu. O vaxtdan Qarabağ münaqişəsinin nizamlanması üzrə beynəlxalq vasitəçilik bu formatda fəaliyyət göstərir.
Minsk Qrupu ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir.