Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dmitri Medvedev: Vahid Avropa artıq yoxdur

© Sputnik / Дмитрий Астахов / Mediabanka keçidПремьер-министр РФ Д. Медведев принял участие в Мюнхенской конференции по безопасности
Премьер-министр РФ Д. Медведев принял участие в Мюнхенской конференции по безопасности - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidentinin sözlərinə görə, Rusiya-NATO münasibətləri “soyuq müharibə” dövründəki vəziyyətə çatıb.

BAKI, 13 fev — Sputnik. “Dünyada vəziyyət dramatikdir. Vahid Avropa artıq yoxdur”.

Sputnik-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedyev Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Avropa İttifaqı ilə Rusiya arasında münasibətlər pozulub, Ukraynada vətəndaş müharibəsidir, Yaxın Şərqdəki münaqişələr isə kəskinləşib: “Bura gəlməzdən öncə mən Rusiya prezidenti Vladimir Putinlə görüşdüm. Biz onun 2007-ci ildə buradakı çıxışını xatırladıq. Putin o vaxt demişdi ki, ideoloji streotiplər, beynəlxalq münasibətlərdə ikili standartlar beynəlxalq əlaqələrdəki gərginliyi azaltmayacaq, daha da artıracaq. Təəssüflə qeyd etməliyəm ki, bugünkü görüntü daha ciddidir. Bütün iqtisadiyyatlar zəif inkişaf edir. Dünya miqrasiya böhranı ilə üz-üzədir”.

Baş nazir bildirib ki, Rusiya ilə NATO arasında münasibətlər “soyuq müharibə” dövründəki vəziyyətə çatıb. “NATO-nun Moskvaya münasibətdə siyasi xətti düşməncəsinə və qapalıdır. Demək olar ki, bizi hər gün gah NATO-ya, gah da ümumilikdə Avropa ölkələrinə, ABŞ-a və başqa ölkələrə təhdid yaratmaqda ittiham olunuruq”.

Medvedev sanksiya siyasətinin də çox zərərli olduğunu qeyd edib: “Birtərəfli iqtisadi təzyiqin genişləndirilməsi, sanksiya tətbiqi təəssüf doğurur. Bunun bəziləri hətta beynəlxalq hüquqa ziddir. Biz həmişə deyirik ki, sanksiya tətbiq edilən ölkəyə deyil, ondan siyasi vasitə kimi istifadə edən ölkəyə ziyandır”. 

Xəbər lenti
0