Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sergey Lavrov: Merkelin Ankaraya dəstək verməsi, Moskvanı şaşırdıb

© Sputnik / Iliya Pitalev / Mediabanka keçidForeign Minister Sergey Lavrov gives interview to Ekho Moskvy, Govorit Moskva
Foreign Minister Sergey Lavrov gives interview to Ekho Moskvy, Govorit Moskva - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Almaniyanın Suriya böhranının ardından Ankaraya verdiyi dəstəyin onları şaşırtdığını deyib.

BAKI, 9 fev-Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Almaniyanın Suriya böhranının ardından Ankaraya verdiyi dəstəyin onları şaşırtdığını deyib.

"Moskovskiy Komsomolets" qəzetinə müsahibəsində Lavrov deyib: "Almaniyanın federal-kansleri Angela Merkelin Türkiyəyə səfəri zamanı Ankaraya verdiyi qeyd-şərtsiz dəstək bizi şaşırtdı. Üstəlik, orada Rusiya Hava-Kosmik Qüvvələrinin əməliyyatları səbəbindən mühacir sayının artdığı qeyd olundu, baş verənlərə görə əsas məsuliyyətin Rusiyanın üzərinə düşdüyü deyildi."
Lavrov hamının bildiyi həqiqətlərin dilə gətirilmədiyini vurğulayıb: "Suriyadakı terror təhlükəsi Türkiyə sərhəddi üzərindən sərhəddin hər iki tərəfinə doğru edilən qaçaqmalçılıq səbəbindən artır. Suriyaya terrorçuların fəaliyyətlərini davam etdirməsi üçün lazım olan yaraqlılar, silahlar, pul və digər ləvazımatlar buradan göndərilir. Suriyadan isə neft və qanunsuz təşkilatların ticarəti qadağan edilən məhsulları gətirilir."

Digər tərəfdən Lavrov, bütün bu hadisələrin Ankaranın mühacir problemi səbəbindən etdiyi açıq şantajın kölgəsində yaşandığını qeyd edib.
Lavrov, "xatırlatmaq istəyirəm ki, bu problem bu gün ya da dünən deyil, bir neçə il əvvəl ortaya çıxıb. Problemin Rusiyanın Hava-Kosmik Qüvvələrinin Suriyada əməliyyata başlamasından sonra yaranmadığı dəqiqdir. Baş verənlər NATO-nun Liviyada həyata keçirdiyi əməliyyat və bölgədəki ölkələri parçalamağa doğru sürükləyən fəaliyyətlərinin nəticəsidir" deyə bildirib.

Lavrov onu da deyib ki, kürdlərin Suriyadakı münaqişə tərəfləri arasındakı Cenevrə müzakirələrinə qatılmasının əngəllənməsi Ankaranın öz kinini ortaya qoyduğunu göstərdi.
Türkiyənin Rusiyanı Yaxın Şərqdə əsas problem kimi gördüyünü və Ankaranın planlarını pozduğu üçün bunun anlaşılan olduğunu qeyd edən Lavrov deyib: "İndi isə ABŞ-ı çirkin oyunlara çəkməyə çalışırlar. Baş nazir Ərdoğan Vaşinqtondan birmənalı olaraq kürdlər və Ankara arasında seçim etməyi tələb edib. ABŞ isə, Türkiyənin terrorla əlaqələndirdiyi PYD-nin İŞİD-lə mübarizə sahəsində Vaşinqtonun müttəfiqi olduğu şərhini verib. Biz də PYD ilə əməkdaşlıq edirik. Kürdlərin Suriya müzakirələrindən kənarda saxlanılması, Türkiyənin başqa heç kimdə olmayan kinini ortaya çıxardı."

Xəbər lenti
0