Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putin: Rusiya iqtisadiyyatından fəlakət gözləməyin

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidПрезидент РФ В.Путин
Президент РФ В.Путин - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya iqtisadiyyatındakı vəziyyəti yüngül adlandırmaq olmaz, amma fəlakət gözləmək də yersizdir.

BAKI, 9 fev-Sputnik. "İqtisadiyyat sahəsində çətinliklərimiz var. Bunların hamısını yaxşı, ya da itkisiz nəticələrlərlə aradan qaldıracağıq. Amma bu vəziyyəti fəlakət kimi qiymətləndirmək olmaz."

Sputnik-in məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovla Kremldə keçirdiyi görüşdə söyləyib.

Digər tərəfdən əmək bazarındakı hər cür vəziyyətə hazır olmaq lazım gəldiyini vurgulayan Putin deyib: "Ölkəmizdə işsizlik faizi qəbul ediləcək səviyyədədir. Ancaq iqtisadiyyatdakı təlatümlü vəziyyəti nəzərə alaraq əmək bazarındakı hər bir dəyişikliyə qarşı hazırlıqlı olmalıyıq."

Xəbər lenti
0