BAKI, 6 fev – Sputnik. “Rusiya və Əsəd rejimi günahsız suriyalıları bombalamağı dayandırmalıdır”. Bunu ABŞ dövlət katibi Con Keri Kolumbiya prezidenti Xuan Manuel Santosla görüşündə deyib.
Sputnik CNN-ə istinadən xəbər verir ki, mətbuat konfransında Kerri Suriya ilə bağlı son hadisələri dəyərləndirib.
Kerri Rusiyanın Suriyada həyata keçirdiyi hava hücumlarında aralarında uşaq və qadınların da olduğu çox sayda vətəndaşın həyatını itirdiyini dilə gətirib.
Xəstəxanaların və yaşayış evlərinin də vurulduğunu deyən Kerri bildirib: "Bombardmandan sonra səhiyyə işçiləri yaralılar üçün hadisə yerinə gəlir, bu zaman təyyarələr geri dönüb yaralıları qurtaranları da öldürürlər. Buna son verilməlidir. Rusiyanın Suriyaya təcili humanitar yardım çatdırılmasına törətdiyi maneə və sadə vətəndaşları hədəfə alan hava bombardımanları onun Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının verdiyi qərara əməl etmədiyini göstərir”.