Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Türkiyənin hava məkanını pozsa, cavabını alacaq

© Photo : TRENDМИД Турции
МИД Турции - Sputnik Azərbaycan
Abunə olmaq
Bunu, Türkiyə XİN-in rəsmi nümayəndəsi Tanju Bilgic bildirib.

BAKI, 4 fev-Sputnik. Türkiyə öz hava məkanının pozulmasının qarşısını almaq hüququnu özündə saxlayır. 

Sputnik, APA-ya istinadla xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Tancu Bilgic bildirib.

"Bizim hava məkanımızın pozulması hallarının qarşısını almaq, lazımi tədbirlər görmək və müvafiq şəkildə cavab verməyə dair beynəlxalq qanunvericiliyə əsaslanan suveren hüququmuz var", — deyə Türkiyə XİN-in saytında dərc olunmuş materialda bildirilir.

Məlumatda qeyd olunur ki, Türkiyənin hava məkanının pozulması konkret nəticələrlə yekunlaşacaq və bunun məsuliyyəti Rusiyanın üzərinə düşəcək.

Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus "Su-34" təyyarəsi yanvarında 29-da Suriya istiqamətindən Türkiyənin hava məkanını pozub.

Xəbər lenti
0