BAKI, 4 fev — Sputnik. "Amerikalılar növbəti il üçün Avropada hərbi xərcləri 4 dəfə artıracaqlarını bəyan ediblər. Buna qarşı simmetrik tədbirlərin görülməsi lazım deyil". Sputnik xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktoru Andrey Kelin deyib.
O, ABŞ-ın Avropada artmaqda olan hərbi mövcudluğuna qarşı tədbirlər görüləcəyini bildirib: "Normal hərbi-strateji səviyyənin saxlanılması üçün kompensasiyaedici tədbirlər görülür və görüləcək".
Xatırladaq ki, ABŞ administrasiyası 2017-ci il maliyyə ilində avropalı tərəfdaşlarının müdafiəsi üçün 3,4 milyard dollar ayıracağını açıqlayıb.