Jurnalistlərin diqqətinə!
Yanvarın 27-də Sputnik Beynəlxalq Mətbuat mərkəzində "Moskva-Astana-Bakı" videokörpüsü keçiriləcək. Videokörpünün mövzusu "Neft qiymətlərinin düşməsi: Xəzəryanı dövlətlərdə iqtisadi vəziyyətə təsir" olacaq. Görüş "Rossiya seqodnya" BİA-nın "İqtisadi mühit" yeni multimedia layihəsinin çərçivəsində keçiriləcək. Ekspertlər neftin qiymətlərindən, onların iqtisadiyyata təsirindən, İrana qarşı sanksiyaların götürülməsi baxımından tendensiya və proqnozlardan danışacaqlar.
Moskvadakı iştirakçılar:
— Milli enerji təhlükəsizliyi fondunun baş direktoru, Maliyyə universitetinin birinci prorektoru, tətbiqi politologiya kafedrasının müdiri Konstantin Simonov;
— REA Enerji tədqiqatları institutunun Dünya energetika bazarlarının tədqiqatı mərkəzinin rəisi Vyaçeslav Kulagin.
Astanada:
— Qazaxıstan Respublikası Təhsil və elm nazirliyi Elm komitəsinin İqtisadiyyat institutnun filial direktoru Jangeldı Şimşikov;
— iqtisadi ekspert Əkbər Tukayev.
Bakıda:
— ekspert, AMEA İqtisadiyyat institutunun aparıcı elmi işçisi Mayis Gülalıyev;
— Neft araşdırmaları mərkəzinin direktoru İlham Şaban.
Əlaqə: Sputnik Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529 məhəllə, bina 23 M, 4-cü mərtəbə
Telefonlar: 539-98-21, 539-98-23/24