BAKI, 22 yan — Sputnik. İstanbulda keçirilmiş Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında növbəti altı aylıq müddətə sədrlik Rusiya Federasiyasına keçib. Rusiyanı tədbirdə XİN İqtisadi əməkdaşlıq departamentinin direktoru Yevgeni Stanislavov təmsil edib.
Stanislavovun sözlərinə görə, Rusiya tərəfi sədrlik müddətində əsas vəzifə kimi QİƏT-də qarşılıqlı əlaqənin maksimal siyasətsizləşdirilməsini görür.
"Əsas vəzifə bölgədəki hazırkı mürəkkəb şəraitdə QİƏT-də pozitiv gündəliyi formalaşdırmaq, onun iqtisadi, konkret nəticələrin alınmasına, təşkilatda münasibətləri qeyri-siyasiləşdirməyə yönəlik olmasını qeyd etməkdir", — deyə o bildirib.
Sputnik-in müxbirinin sualına cavab verən Stanislavov bəyan edib ki, "Ukrayna bu təşkilat daxilində Krım məsələsini siyasiləşdirməyə çalışır, bu isə perspektivsiz yanaşmadır".
"Krım və Sevastopol yenə də Qara dəniz bölgəsinin subyektləridirlər və ona görə də QİƏT çərçivəsində əməkdaşlıq onlara da şamil edilməlidir. Lakin bu məsələ ukraynalı həmkarlarımızın çox emosional və siyasiləşmiş reaksiyası ilə üzləşir. Onlar hazırda Qara dəniz bölgəsinə olan reallıqları qəbul etmək istəmirlər", — deyə diplomat qeyd edib.
Rusiya-Türkiyə münasibətlərinə toxunan Stanislavov vurğulayıb ki, RF QİƏT-i Türkiyə ilə hər hansı ikitərəfli məsələlərin müzakirəsi üçün məkan olaraq nəzərdən keçirmir.
"Biz sədrliyimiz müddətində bu məkanı Türkiyə ilə hansısas ikitərəfli məsələlərin müzakirəsi üçün istifadə etməyə hazırlaşmırıq və ümid edirik ki, Türkiyə tərəfi də bu təşkilatdakı işinə eyni cür yanaşacaq", — deyə o əlavə edib.
Stanislavovun sözlərinə görə, QİƏT XİN başçıları şurasının iclası iyulun 1-də Soçidə keçiriləcək.
"Rusiyanın QİƏT-də sədrliyinin iri final tədbiri Xarici işlər nazirləri şurasının iyulun 1-də Soçidə keçiriləcək iclası olacaq", — deyə o fikrini yekunlaşdırıb.