Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BMT: Rusiya iqtisadi böhrana sürüklənir

© AFP 2024 / ALEXANDER KLEIN BMT-nin Vyana ofisi
BMT-nin Vyana ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə təşkilatın illik hesabatında qeyd olunub.

BAKI, 21 yan – Sputnik. Dünya üzrə xarici sərmayənin həcmi 36 % artdığı halda, Rusiyaya qoyulan birbaşa sərmayənin həcmi 92 % azalıb.

Sputnik BBC-yə istinadən bildirir ki, bu barədə BMT-nin illik hesabatında qeyd olunub.

Xəbərə görə, ötən il birbaşa xarici sərmayənin miqyası 1,7 trilyon dollar təşkil edib. Bu, 2008-ci il böhranından sonra ən yüksək göstərici sayılır.

Ən çox sərmayə ABŞ iqtisadiyyatına qoyulub (384 milyard dollar). İkinci yerdə Honkonq (163 milyard), üçüncü yerdə isə Çin (136 milyard dollar) gəlir. Sonrakı yerləri Niderland, Böyük Britaniya, Sinqapur, Hindistan, Braziliya, Kanada və Fransa tutur.

Xəbər lenti
0