BAKI, 18 yan — Sputnik. Keçmiş SSRİ-nin deputatı, akademik Andrey Saxarov Zəngəzuru Qarabağla dəyişməyi təklif edirdi. Nəticədə bizim Naxçıvanla torpaq sərhəddimiz olacaqdı. Azərbaycan SSR Ali Soveti sədrinin keçmiş müşaviri Cahangir Nəcəfov Sputnik Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında belə bir məlumatla çıxış edib.
Nəcəfovun sözlərinə görə, o vaxtkı Azərbaycan rəhbərliyi Saxarovun təklifini qəbul etməyib.
"Əgər razılıq əldə olunsa idi, bu gün Naxçıvana, oradan da Türkiyəyə rahat avtomobillə gedib gəlmək olardı. Əlbəttə, bunun nə dərəcə düzgün olub-olmadığını xalq dəyərləndirməlidir", — deyə o əlavə edib.