BAKI, 17 yan — Sputnik. 1994-cü il yanvarın 17-də Azərbaycan Ordusunun hissələri Qarabağ cəbhəsinin Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin yenidən hücuma keçmək cəhdinin qarşısını alıblar.
Bundan öncə Azərbaycan Silahli Qüvvələrinin hissələri Füzuli rayonunun Horadiz qəsəbəsini, bir sıra Arazboyu kəndləri işğaldan azad etmişdilər. Ermənilər bu əraziləri yenidən ələ keçirmək üçün aramsız hücumlara keçsələr də, böyük itkilər verərək geri çəkilməli oldular.