QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Çavuşoğlu: Qarabağ problemi həll olmayınca Türkiyə-Ermənistan əlaqələri düzəlməyəcək

© ekopolitik.comMövlud Çavuşoğlu
Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə xarici işlər naziri Ermənistanla münasibətlərin normallaşmadığını xatırladaraq, Azərbaycanın probleminin birbaşa Türkiyənin problemi olduğunu bildirib.

BAKI, 16 yan — Sputnik. Dağlıq Qarabağ pioblemi həll olunmayınca Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək.

Sputnik-in Haberler.com-a istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qaziantep Universitetində keçirilən VIII “Beynəlxalq Səfirlər” konfransında bildirib.

Türkiyənin qonşu dövlətlərlə münasibətləri barədə sualı cavablandıran M. Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşmadığını xatırladaraq, Azərbaycanın probleminin birbaşa Türkiyənin problemi olduğunu, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini və Qarabağ problemi olduğu müddətdə bu münasibətlərin düzəlməyəcəyini bəyan edib.

Xəbər lenti
0