Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Türkiyəni öz yanında görmək istəyir

© Sputnik / Илья Питалев / Mediabanka keçidRusiya XİN rəhbəri Sergey Lavrov
Rusiya XİN rəhbəri Sergey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın xarici işlər naziri Sergey Lavrov QİƏT-in Rostov toplantısına Türkiyəni də çağırmağı tapşırıb.

BAKI, 15 yan-Sputnik. Türkiyənin Rusiyanın Rostov şəhərində keçiriləcək Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) beynəlxalq konfransında iştirak edəcəyi bildirilib.
Sputnik-in məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rostov vilayətinin qubernatoru Vasili Qolubev Moskvada görüşüblər. Görüşdə Rostov şəhərində QİƏT üzvü olan ölkələrin iştirakı ilə konfrans keçirilməsi qərara alınıb. Lavrov konfransla bağlı tövsiyələrini qubernatora çatdırıb.

Bu barədə "Komsomolskaya Pravda" qəzetinə müsahibə Rusiya hökumətindəki bir mənbə tədbirin İyun ayına qədər keçiriləcəyini deyib.

Lavrovun tövsiyəsinə uyğun olaraq, tədbirə QİƏT üzvlərindən Rusiya, Türkiyə, Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna təmsilçiləri dəvət ediləcək. Konfransda regionun geopolitik və iqtisadi məsələləri ilə yanaşı, Rostov bölgəsinin sərmayə və iqtisadiyyat potensialı da qiymətləndiriləcək.

Konfransın detallarını açıqlamayan hökumət nümayəndəsi əsas məqsədin QİƏT-in fəaliyyətini gücləndirmək, üzv ölkələrlə Rusiya arasında münasibətləri yaxınlaşdırmaq olduğunu ifadə edib.

İqtisadi bir təşkilat olan QİƏT-in konfransı ilə məhz Lavrovun birbaşa məşğul olması türk politoloqlarda belə bir qənaət yaradıb ki, Rusiya nəyin bahasına olursa olsun, regional siyasətdə Türkiyəni öz yanında görmək istəyir.

Xəbər lenti
0