BAKI, 13 yan – Sputnik. Rusiya Mətbuatı günündə Bakıdakı Rusiya informasiya-mədəniyyət mərkəzində Azərbaycan və Rusiya arasındakı əməkdaşlığa verdikləri töhfəyə görə mətbuat nümayəndələrinin diplomla təltif olunması mərasimi keçirilib.
Görüşü açan "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov toplaşanları təbrik edərək Rusiya Jurnalistlər İttifaqının katibi, azərbaycanlı Rafael Hüseynovun təbrikini oxuyub.
Rusiya səfirliyinin diplomlarını media nümayəndələrinə Bakıdakı RF səfirliyinin müşaviri Oleq Muraşov təqdim edib. Mükafatlar "İnterfaks-Azərbaycan", "Trend", "TASS" agentliklərinə, "Новое время", "Азербайджанские известия", "Respublika" qəzetlərinə, "Русский язык и литература в Азербайджане", "Region+" jurnallarına, həmçinin "Space" və AzTV telekanallarına təqdim olunub.
Görüşdə həmçinin məşhur rusiyalı jurnalist, Rusiya Dövlət Dumasının deputatı, İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsi sədrinin birinci müavini Andrey Tumanov da iştirak edib. O "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyinin "Şair Sergey Yeseninin 120 illik yubileyinin kütləvi informasiya vasitələrində fəal işıqlandırmağa görə" diplomlarını təqdim edib. Diplomlar Ravil Zaripova ("Комсомольская правда" qəzeti), Firəngiz Xancanbəyovaya (First News informasiya agentliyi), Vladimir Puçkova ("Москва-Россия" informasiya portalı) və "Mir" dövlətlərarası teleradioşirkətinin Azərbaycan bölməsinə təqdim olunub.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra gənc ifaçıların iştirakı ilə konsert proqramı olub.