BAKI, 12 yan — Sputnik. Rusiya Suriya prezidenti Bəşər Əsədə sığınacaq verə bilər.
Sputnik-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin “Bild” jurnalına müsahibəsində bunun mümkünlüyündən danışıb.
“Məsələ ilə bağlı müzakirələrin aparılması hələ tezdir. Rusiya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə sığınacaq verib. Bu, Əsədi sığınacaqla təmin etməkdən daha çətin idi”, deyə o vurğuıayıb.
Putin qeyd edib ki, bu kimi məsələlər müzakirə olunmazdan öncə Suriya xalqına iradəsini ifadə etmək üçün imkan verilməlidir: “Əgər seçkilər demokratik üsulla baş tutsa, onda demək olar ki, Əsədə heç yerə getməyə ehtiyac qalmayacaq. Vacib deyil ki, o prezident olsun, ya yox”.