BAKI, 24 dek — Sputnik. İŞİD terror qruplaşmasının tərkibində 643 dağıstanlı vuruşur.
Sputnik Report-a istinadən bildirir ki, bunu Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov bildirib.
Onun sözlərinə görə, respublika sakinlərinin İŞİD-in tərkibində döyüşməsi Dağıstanın əsas problemlərindəndir.
Abdulatipov, Milli Antiterror Komitəsində terrorçularla birlikdə döyüşənlərin pasportdan məhrum edilməsinin vacib olduğunu deyib: "Son illərin başlıca problemlərindən biri də sufi və sələfi icmalarının bir-biri ilə münaqişəsidir. Biz onların bir məscidə getməsinə, bir dinə qulluq etməsinə nail ola bilməmişik".