BAKI, 24 dek-Sputnik. Rusiya baş nazirinin müavini İqor Şovalovla Tehranda görüşən İranın vitse-prezidenti İshaq Cihangiri Rusiya ilə əlaqələrin inkişafının İran üçün əhəmiyyət kəsb etdiyini və İranın bütün sahələrdə əlaqələrini Rusiya ilə artırmaq istədiyini söyləyib.
Putinin Tehran ziyarətinə və bu səfərdə əldə edilən razılaşmalara toxunan vitse-prezident əlaqələrin inkişafının sürətləndirilməsini istəyib.
Sputnik xəbər verir ki, bu barədə İran İslam Respublikasının İRNA informasiya agentliyi məlumat yayıb.
İrana qarşı sanksiyaların aradan qaldırılması məsələsinə toxunan İshaq Cihangiri sanksiyaların aradan qaldırılmasından sonra Rusiya ilə bütün sahələrdə əlaqələrin daha da inkişaf edəcəyini, çünki Rusiyanın İranın çətin dövrlərində hər zaman Tehranla əməkdaşlıq etdiyini deyib.
Şovalov da Rusiyanın kənd təsərrüfatı nazirinin ən qısa zamanda İrana gələcəyini ifadə edərək, iki ölkə arasında kənd təsərrüfatı və qida təhlükəsizliyi məsələsinə baxacağını bildirib.
İki ölkənin ortaq sərmayələrinin zəruri olduğunu deyən Rusiya baş nazirinin müavini, birgə layihələrin maliyyələşdirilməsini təmin etmək üçün ortaq bank yaradılmasının zəruriliyini diqqətə çatdırıb.