BAKI, 23 dek-Sputnik. Türkiyənin kürd müxalifət partiyası olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş Rusiyanın paytaxtı Moskvada görüşlərə başlayıb.
Sputnik xəbər verir ki, Demirtaş ilk olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
Görüşdən əvvəl jurnalistlər üçün keçirilən brifinqdə HDP lideri bu çətin dövrdə Rusiya ilə münasibətlərə böyük əhəmiyyət verdiklərini deyib. O, Lavrovla Suriyadakı vəziyyəti müzakirə edəcəyini bildirib.
Lavrov isə deyib ki, Türkiyə hökumətinin "planlaşdırılmış hərəkəti" (Rusiyaya məxsus SU-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasını nəzərdə tutur-red.) Rusiyanın Türkiyə xalqı ilə münasibətlərinə təsir etməyib.
Demirtaş da öz npvbəsində "Ankaranın Rusiya təyyarəsini vurması doğru qərar deyil və bu vəziyyətdən çıxış yolları tapmalıyıq" —deyib.