QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ermənistan Azərbaycana müharibə elan edib"

© AZƏRTACОбстрел в Карабахе
Обстрел в Карабахе - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Arsrun Hovanisyanın son bəyanatı faktiki olaraq Azərbaycana müharibə elan edilməsidir.

BAKI, 23 dek — Sputnik. "Ermənistan atəşkəs rejiminin bitdiyini elan etməklə, faktiki olaraq Azərbaycana müharibə elan edib". Bu barədə siyasi ekspert Qabil Hüseynli erməni müdafiə nazirinin mətbuat katibinin atəşkəslə bağlı dediklərini Sputnik-ə şərh edərkən deyib.

Арцрун Ованнисян. Архифное фото - Sputnik Azərbaycan
QARABAĞ
Ermənistan atəşkəsin bitdiyini elan etdi

Politoloqun fikrincə, erməni müdafiə nazirinin mətbuat katibinin "müharibə başladı" bəyanatı olduqca ciddi qarşılanmalıdır və Azərbaycan tərəfi məsələni qabartmalıdır:

"Ermənistanın bu hərəkətləri Azərbaycanı qorxutmaq, təsir etmək, həm də danışıqlar prosesini tamamilə pozmaq xarakteri daşıyır. Onlar atəşkəs rejiminin başa çatdığını elan etməklə faktiki olaraq bizə qarşı müharibə elan ediblər".

Qabil Hüseynli, vəziyyətin xoşagəlməz olduğunu söyləyərək "Azərbaycan tərəfi atəşkəs rejiminə ciddi riayət olunması üçün beynəlxalq təşkilatlara məruzə etməlidir" deyib.

Ermənistanın  Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hovanisyan, Azərbaycanla atəşkəsin başa çatdığını, cəbhədə müharibənin başladığını bildirib.

Erməni tərəfinin bu bəyanatına Azərbaycanın Xarici İşlər nazirliyi dərhal cavab verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, atəşkəsin davamlı ola bilməsi üçün erməni silahlılarının Qarabağdan birdəfəlik çəkilməsinin şərt olduğunu deyib.

Xəbər lenti
0