BAKI, 22 dek — Sputnik. "Son həftələr ərzində Rusiya-Türkiyə arasında yaranan gərginlik iki tərəfin bir çox beynəlxalq məsələyə fərqli baxışını göstərdi. Eyni zamanda belə bir mənzərə yarandı ki, sanki tərəflər biribirini nəinki başa düşmür, hətta eşitmirlər də". Bunu Sputnik-ə müsahibəsində politoloq İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, əsasən də Suriyanın şimalında yaşayan türkmənlərlə bağlı məsələdə iki ölkə arasında ciddi fikir ayrılığı var.
"Türkmənlərlə bağlı vəziyyət onu göstərir ki, tərəflər, daha çox öz arqumentlərini ortaya atırlar, nəinki bir-birilərini ciddi şəkildə eşidirlər. Və hər iki ölkə rəsmiləri qarşılıqlı səslənən fikirləri kifayət qədər təhlil etmir".
Politoloq, vəziyyətdən yeganə çıxış yolunun dialoq olduğunu qeyd edib.
"Bu dialoqa həm işçi qruplar arasında, həm də iki tərəfəndən olan ekspertlər start verə bilərlər. Və bu dialoqun inkişafı əsasında gələcəkdə prezidentlərin görüşü də istisna edilmir".
İlqar Vəlizadə sonda əlavə edib ki, əgər İsrail-Türkiyə gərginlyini dialoqla azaltmaq mümkün olubsa, deməli bu məsələdə də bunu istisna etmək olmaz.