BAKI, 20 dek — Sputnik. “Rusiya Silahlı Qüvvələri Suriyada əməliyyatlar zamanı bütün imkanlarını göstərməyib, əlavə vasitələrimiz var və lazım gəldikdə onlar istifadə ediləcək”. Sputnik-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
“Biz təyyarəçilərimizin və kəşfiyyatçılarımızın Suriyada necə effektiv çalışdığını müşahidə edirik, onlar səylərini öz aralarında — ordu, donanma və aviasiyada çox effektiv şəkildə əlaqələndirərək, ən müasir silahdan istifadə edirlər”, —deyə Putin qeyd edib.
RF prezidenti ölkəsinin imkanlarının bununla bitmədiyini qeyd edib: “Biz malik olduğunuz vasitələrin hamısını orada hələ istifadə etməmişik. Bizim əlavə vasitələrimiz var və lazım gəldikdə onları da istifadə edəcəyik”.