BAKI, 19 dek-Sputnik. Avropa İttifaqı ölkələri və Türkiyə öz hava məkanını Rusiya üçün bağlı elan edib.
Sputnik-in xəbərinə görə, bunu Rusiya Hərbi-Kosmik Qüvvələrinin uzaq uçuşlar üzrə aviasiyasının komandan müavini, general Anatoli Konovalov bildirib.
Onun sözlərinə görə, Avropa dövlətləri və Türkiyə Rusiyanın İŞİD-ə zərbə vuran uzaq uçuşlar üzrə təyyarələrini hava məkanlarına buraxmayıblar.
"Bu səbəbdən döyüş tapşırıqlarının icrası zamanı digər vasitələrdən istifadə etmək məcburiyyətində qaldıq. Rusiya təyyarələri bütün maneələrə baxmayaraq, qarşıya qoyulan tapşırığı yerinə yetirib" — deyə Konovalov əlavə edib.