BAKI, 19 dek-Sputnik. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü 2016-cı ildə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində işlərin davam etdirilməsi arzusu ilə başa çatıb.
Sputnik-in məlumatına görə, bu barədə Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik görüşün nəticələri ilə bağlı özünün "Twitter" hesabında yazıb.
"Görüş hər iki prezidentin münaqişənin sülh yolu ilə həlli istiqamətində işi davam etdirmək arzuları ilə yekunlaşdı" — Uorlik yazıb.
Bu gün İsveçrənin paytaxtı Berndə keçirilən görüş 2 saata yaxın davam edib. Görüş bitən kimi prezident İlham Əliyev zalı tərk edib. Serj Sərksiyan isə həmsədrlərlə qalıb.