BAKI, 19 dek-Sputnik. Hazırda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Berndə təkbətək görüş keçirilir.
Sputnik xəbər verir ki, amerikalı həmsədr Ceyms Uorlik bu barədə özünün "twitter" səhifəsində paylaşıb.
Uorlik bir saatdan çoxdur ki, prezidentlərin dialoqunun davam etdiyini yazıb.
Prezidentlərin təkbətək görüşündən sonra ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Minsk qrupunun həmsədrləri və xarici işlər nazirlərinin iştirakı ilə geniş tərkibdə görüşdə olacaq.