BAKI, 19 dek-Sputnik. Ötən gün Ankarada Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib.
Sputnik Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclas 6 saata yaxın davam edib.
Hökumət üzvlərinin iştirakı ilə keçirilən tədbirdə daxili və xarici siyasətin aktual məsələləri müzakirə olunub.
Şura regional təhlükəsizlik baxımından İraqdakı vəziyyətin inkişafını müzakirə edib.
Milli Təhlükəsizlik Şurası Türkiyənin qanuni özünümüdafiə hüququna qarşı Rusiyanın mövqeyini yolverilməz sayıb. İclasda Rusiyaya qarşı cavab tədbirləri ətraflı nəzərdən keçirilib.