Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qorxunc proqnoz: Yaxın günlərdə temperatur - 60 dərəcəyə düşəcək

© 1366x768.ruQış, qar
Qış, qar - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq Rusiyanın Maqadan vilayətində 56 dərəcə şaxta qeydə alınıb.

BAKI, 18 dek-Sputnik. Rusiyanın Maqadan vilayətində 56 dərəcə şaxta qeydə alınıb.

Sputnik Meteoprog-a istinadla bildirir ki, kritik şaxtalı hava Maqadan vilayətinin bir neçə rayonunda müşahidə olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Maqadan vilayəti üzrə Baş İdarəsindən verilən məlumata görə, havanın temperaturunun kəskin soyuması dekabrın 16-dan başlayıb. Orta məktəblərdə dərslər təxirə salınıb. Vilayətin bir sıra rayonları ilə rabitə əlaqəsi kəsilib. Yolları qardan təmizləyən texnika isə sıradan çıxıb.

Sinoptiklərin məlumatına görə, yaxın günlərdə temperaturun —60 dərəcəyə düşəcəyi gözlənilir.

Xəbər lenti
0