BAKI, 18 dek-Sputnik. Ağ Evin mətbuat katibi Coş Ernest ötən gün Rusiya prezidenti Vladimir Putinin illik mətbuat konfransında Türkiyə barədə səsləndirdiyi fikirlərə reaksiya verib. Ernest Türkiyənin Rusiya təyyarəsini ABŞ-a yaltaqlanmaq üçün vurmasına dair iddiaları cəfəngiyat adlandırıb.
Sputnik-in məlumatına görə, Vaşinqtonda keçirdiyi brifinqdə Ernest deyib ki, ABŞ Türkiyənin hava məkanını qorumaq hüququnu dəstəkləyir.
Ağ Evin sözçüsü, Moskva ilə Ankaranı vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə çağırıb.