BAKI, 17 dek-Sputnik. Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılan İslam koalisiyasının Rusiyaya qarşı olduğunu düşünmürəm.
Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada keçirdiyi 11-ci illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Müsəlman dövlətlərin terror əleyhinə yeni koalisiya yaratmasının səbəbinin anlaşılan olmadığını deyib:
"ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələri mövcud olduğu halda, yeni alyansın yaradılmasına nə ehtiyac var, mən bunu başa düşmürəm. ABŞ-ın yaratdığı koalisiyanın tərkibində yeni alyansdakı dövlətlərin əksəriyyəti, o cümlədən Səudiyyə Ərəbistanı da var."
Buna baxmayaraq, Putin məqsəd və məramından asılı olmayaraq, terrorla mübarizədə birləşməyin vacibliyini önə çəkib.