Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yusuf Çınar: Deyəsən Putin Türkiyənin NATO üzvü olduğunu unudub

© SputnikTürkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, siyasi şərhçi Yusuf Çınar
Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, siyasi şərhçi Yusuf Çınar - Sputnik Azərbaycan
Abunə olmaq
Türk politoloq: Vladimir Putinin bugünki çıxışı olduqca sərt idi.

BAKI, 17 dek — Sputnik. "Putinin son açıqlamalarından sonra Ankaranın Rusiya ilə yumşaq siyasət aparacağını sanmıram".

Bunu Sputnik-ə açıqlamasında Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, politoloq Yusuf Çınar deyib.

Çınar, Vladimir Putinin bugünki çıxışını olduqca sərt adlandırıb:

"Əgər bugün Türkiyə hökuməti ABŞ-la yaxınlıq edirsə, bu, Rusiya rəhbərliyinin aqqresiv siyasət aparmasından qaynaqlanır. Əgər Moskva, Türkiyədən mülayim rəftar gözləyirsə, özü Ankara ilə münasibətlərinə diqqət yetirməlidir. Danışıq tonunu daha da sərtləşdirməməlidir".

Türkiyənin bundan sonrakı dövrdə NATO və ABŞ-la daha yaxın əlaqələr quracağını deyən politoloq, Ankara ilə Moskvanın bir-birinə güvənmədiyini söyləyib.

Putinin Türkiyəni, Suriyaya yerləşdirdiyi S-400-lərlə hədələməsinə də münasibət bildirən Yusuf Çınar, bunun elə də asan olmadığını deyib.  Politoloq Türkiyənin NATO ölkəsi olduğunu xatırladıb:

"Türkiyə özünə qarşı hər hansı təhlükə yaranacağı təqdirdə NATO-nun çətirindən istifadə edəcək. Ona görə də, Rusiyanın təzyiqi o ölçüdə artıracağını düşünmürəm".

Rusiya prezidenti Vladimir Putin, bu gün keçirdiyi mətbuat konfransında, Türkiyənin ünvanına olduqca sərt ifadələr işlədib. Putin Türkiyəni, Suriyaya yerləşdirdiyi S400-lərlə də hədələyərək "Türkiyə Suriya sərhəddini daim pozurdu, bacarırsa indi də pozsun" deyib.

Kreml rəhbəri daha sonra bunları əlavə edib: "Türkiyə elə düşünürdü ki, onlar təyyarəmizi vurandan sonra biz oradan qaçacağıq! Yox, Rusiya elə ölkə deyil. Biz Suriyadakı mövcudluğumuzu möhkəmləndirdik, hərbi aviasiyanı gücləndirdik. İndi orada S-400-lərimiz var".

Xəbər lenti
0