Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mehmet Perinçek: Türk-rus dostluğu qərbin qorxulu yuxusudur

© elbe-expressMehmet Perinçek - Türkiyəli politoloq
Mehmet Perinçek - Türkiyəli politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Perinçek: Okeanın o tayından gələn ismarıclara aldanaraq Rusiya ilə düşmənçilik aparmaq, əslində Türkiyəyə düşmənçilik etməkdir.

BAKI, 17 dek — Sputnik. "Rusiya ilə Türkiyə düşmən yox dost olmalıdır. Çünki hər iki ölkənin maraqları bölgədə üst-üstə düşür". Bunu Sputnik-ə özəl müsahibəsində Türkiyəli politoloq Mehmet Perinçek deyib.

Onun sözlərinə görə, türk-rus rəqabətindən hər zaman Qərb faydalanıb. Bu iki ölkənin sıx əməkdaşlığı, dostluğu Qərbi hər zaman qorxudub. Perinçək deyib: 

"Rusiya da Türkiyə də bu gün ABŞ təhdidi ilə qarşı-qarşıyadır. İki ölkənin bu təhdidə qarşı birgə mübarizə aparması lazım ikən, bu gün yaşananlar ən çox ABŞ-ın işinə yarayır."

Mehmet Perinçek Rusiya ilə yaşanan gərginlikdə Ərdoğanı və türk hökumətini təqsirləndirib və Rusiyanı buna diqqət etməyə çağırıb:

"Rus-türk əməkdaşlığının qarşısında duran, qonşuları ilə düşmənçilik edən və ən böyük pisliyi öz ölkəsinə vuran hökumətlərin hər iki ölkədə yıxılması qaçılmazdır. Okeanın o tayından gələn ismarıclara aldanaraq Rusiya ilə düşmənçilik aparmaq, əslində Türkiyəyə düşmənçilik etməkdir".

Mehmet Perinçek Ərdoğanın siyasətinə aldanmamağı tövsiyyə edib.

"Bu yerdə Moskvaya da böyük məsuliyyət düşür. Rusiya Türkiyə ilə türk hökumətini eyni qəbul etməməlidir. Kreml, Ankarada oturanlarla Türkiyə dövlətinin strateji maraqları arasındakı ziddiyəti görməli və nəzərə almalıdır" — deyə türk politoloq əlavə edib.

Xəbər lenti
0