BAKI, 17 dek-Sputnik. Mənim qızlarım Rusiyada yaşayırlar və heç vaxt xaricdə təhsil almayıblar.
Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi 11-ci ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
"Mənim qızlarım ümumiyyətlə biznes və siyasətlə məşğul olmurlar. Təhlükəsizlik baxımından onların nə işlə məşğul olduqlarını demək istəmirəm" — deyə Rusiya prezidenti əlavə edib.