BAKI, 17 dek-Sputnik. Biz heç vaxt deməmişik ki, Ukrayna ərazisində müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur. Lakin bu, o demək deyil ki, orada nizamlı Rusiya ordusu var".
Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi 11-ci ənənəvi illik mətbuat konfransında ukraynalı jurnalistin sualına cavabında deyib.
Ukraynalı jurnalist sualını səsləndirərkən Putinin əvvəllər Ukrayna ərazisində rus hərbçilərin olmadığını dediyini xatırladıb. Ukrayna ərazisində olan rus hərbçilərinin adlarını sadalayaraq, onların Putinə salamı olduğunu deyib.
Putin əsirlərin dəyişdirilməsi barədə suala cavab verərkən "bu proses Kiyev və Donbas arasında "hamını hamıya" prinsipi əsasında həyata keçirilməlidir" — deyib. Ukraynada həbs olunan rusiyalıların və Rusiyada həbsdə olan ukraynalıların dəyişdirilməsi məsələsinə gəldikdə isə o bildirib ki, bu, bərabər səviyyəli olmalıdır.
Putin gələn il Ukrayna ilə iqtisadi əlaqələrin daha da pisləşəcəyini qeyd edib.