Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Saakaşvilinin orada işləməsi Ukrayna xalqının üzünə tüpürməkdir

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidОдиннадцатая ежегодная большая пресс-конференция президента России Владимира Путина
Одиннадцатая ежегодная большая пресс-конференция президента России Владимира Путина - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Rusiya-Gürcüstan münasibətlərindəki deqradasiyaya görə Mixail Saakaşvilini günahlandırdı.

BAKI, 17 dek-Sputnik. "Mixail Saakaşviliyə ABŞ-a işçi vizası vermədirlər, Ukraynaya göndərdilər ki, orada işləsin. O da indi Ukraynada aktiv fəaliyyət göstərir. Qərb bununla Ukraynaya göstərir ki, təkcə onu idarə etməklə kifayətlənmir və ora onu idarə edən adamları da göndərir. Bu Ukrayna xalqının üzünə tüpürməkdir."

Одиннадцатая ежегодная большая пресс-конференция президента России Владимира Путина - Sputnik Azərbaycan
RUSİYA
Vladimir Putin: Atatürk yəqin ki, qəbirdə çevrilir

Bu fikri Rusiya prezidenti Vladimir Putin keçirdiyi 11-ci illik mətbuat konfransında səsləndirib.

Putin Rusiyanın Gürcüstanla viza rejimini ləğv etməyə hazır olduğunu qeyd edib. Hazırkı Gürcüstan rəhbərliyinin davranışlarında münasibətlərin normallaşmasına dair əlamətlər görüdüyünü deyən Putin 2008-ci il hadisələrindən sonra münasibətlərdə baş verən deqredasiyaya görə, Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayəti Administrasiyasının hazırkı rəhbəri Mixail Saakaşvilini günahlandırıb: "Bu hadisələrin baş verməsinin məsuliyyəti birbaşa o vaxtkı prezident Mixail Saakaşvilinin üzərinə düşür. Məhz onun yol verdiyi avantüra nəticəsində vəziyyət bu yerə gəldi, Gürcüstan ərazilərinin bir hissəsini itirdi."

Putin həmçinin deyib ki, Cənubi Osetiya və Abxaziya ilə bağlı yaranmış məsələləri Gürcüstan onlarla danışıb razılığa gəlməlidir. O, istənilən razılaşmanı dəstəkləməyə hazır olduqlarını bəyan edib.

Xəbər lenti
0