BAKI, 16 dek — Sputnik. Türkiyənin baş naziri Əhməd Davudoğlu Bolqarıstan səfərində yerli telekanala özəl müsahibə verib. Rusiya ilə aralarında olan gərginliyə toxunan nazir maraqlı açıqlamalar verib.
Bolqar jurnalistin "nə üçün rus təyyarəsini vurmağa qərar verdiniz?" sualına Davudoğlu belə cavab verib:
"Biz rus döyüş təyyarəsini vurmağa qərar vermədik, öz hava məkanımızı qorumağa qərar verdik. Rus təyyarəsi nə Rusiya, nə Suriya nə də beynəlxalq hava məkanında vurulmadı. O təyyarə bizim hava sərhəddimizi kobud şəkildə pozduğu üçün vuruldu."
Türkiyə-Rusiya arasındakı gərginliyin mənbəyinin Ankara olmadığını vurğulayan Davudoğlu, "təəssüfki ruslar bizə qarşı sanksiyalar tətbiq etməyə və münasibətləri korlamağa qərar verdilər" deyib.