Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Suriyadakı hərbi bazasını nəyin bahasına olur olsun qoruyacaq

© Facebook/Yaşar SalehogluYaşar Hacısalehoğlu - Türkiyənin "Yeni Yüzyıl Universiteti"nin Siyasi elmlər və Beynəlxalq əlaqələr üzrə professoru
Yaşar Hacısalehoğlu - Türkiyənin Yeni Yüzyıl Universitetinin Siyasi elmlər və Beynəlxalq əlaqələr üzrə professoru - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin "Yeni Yüzyıl Universiteti"nin Siyasi elmlər və Beynəlxalq əlaqələr üzrə professoru Yaşar Hacısalehoğlu Sputnik-in suallarını cavablandırıb.

BAKI, 16 dek — Sputnik. Rusiyanın paytaxtı Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri dünən ilk öncə Rusiya xarici işlər naziri Sergey Lavrov, daha sonra prezident Vladimir Putinlə görüşüb. Bütün görüşlərdə əsas gündəm mövzusu Suriya və İraqdakı vəziyyət olub.

Con Kerri Yaxın Şərqdəki problemlərin həllinə dair Amerikanın təkliflərini irəli sürüb. Öz növbəsində Vladimir Putin, ABŞ-ın bu təkliflərini dəyərləndirəcəklərini qeyd edib.
Mövzu ilə bağlı Türkiyənin "Yeni Yüzyıl Universiteti"nin Siyasi elmlər və Beynəlxalq əlaqələr üzrə professoru Yaşar Hacısalehoğlu Sputnik-in suallarını cavablandırıb:

- Sizcə Putin, Kerri və Lavrov üçlüsünün Moskvadakı görüşü Yaxın Şərq üçün hansı nəticələri doğuracaq? Suriyanın gələcəyi ilə bağlı ümidli olmağa dəyərmi?

— Amerika Suriyaya aktiv hərbi müdaxilə etmədən, sadəcə yerli müxaliflərdən istifadə etməklə bölgədə istədiyinə nail olmağı hədəfləyirdi. Ancaq Rusiyanın İŞİD-i hədəf göstərərək, Suriyaya daxil olması Qərbin bütün planlarını alt-üst etdi. Moskva Aralıq dənizinə yeganə çıxışı olan Suriyadakı Tartus aviabazasını qorumaq üçün var gücü ilə çalışır. Ona görə də Suriyada hazırkı vəziyyət olduqca qarışıqdır. Bu məsələ artıq regional olmaqdan çıxaraq, qlobal problemə çevrilib. Çünki tək bölgədəki aktyorlar deyil, digər ölkələr də öz maraqları üçün Suriyada fəaliyyət göstərirlər.

- Əgər Suriyada rejim dəyişikliyi olarsa və Bəşər Əsəd postdan gedərsə, o zaman Rusiya Tartusdakı hərbi bazasını qorumaq üçün işğala baş vura bilərmi? Bu gerçəkləşərsə, Türkiyə və NATO-nun cavabı nə olar?

— Rusiya elə bunun olmaması üçün Suriyaya müdaxilə etdi. Aralıq dənizinin şərqindəki enerji bölgüsündə Rusiya da pay sahibi olmağa çalışır. Bəşər Əsədlə maraqları üst-üstə düşdüyü üçün Moskva o rejimi qoruyur. Kremlin inadla Əsəd rejimini dəstəkləməsi, bunun üçün də Əsədə müxalif qüvvələri bombalaması müzakirə prosesini çox ciddi şəkildə zədələyib. Görünən odur ki, nə Suriya nə də ki İraq əvvəlki kimi olmayacaq. Bu ölkələrin öz torpaq bütövlüyünü qoruya bilməsi də inandırıcı deyil.

- Səudiyyə Ərəbistanı liderliyində yenicə yaradılan ve Türkiyənin də daxil olduğu "Terrora qarşı İslam İttifaqı" Suriyaya aktiv hərbi müdaxilə edərmi? Əgər edərsə buna Rusiyanın reaksiyası necə olar?

— Mən inanmıram ki, Səudiyyə Ərəbistanı ABŞ-la istişarə etmədən belə bir addım atsın. Amerika razılıq verməsə, belə hərəkatın olacağına inanmıram.

- Səudiyyə Ərəbistanı Azərbaycanı da bu koalisiyaya dəvət edib. Buna münasibətiniz necədir? Sizcə rəsmi Bakı qatılmalıdırmı bu ittifaqa?

— Əgər İslam dünyasında davamlı sülh olsun istənilirsə, hərkəsin buna dəstək verməsi lazımdır. Həmçinin də Azərbaycanın. Türkiyə ilə Azərbaycanın bu ittifaqa önəmli töhfələr verəcəyinə inanıram.

Xəbər lenti
0