BAKI, 16 dek-Sputnik. Türkiyə vurulmuş Rusiya təyyarəsinə görə kompensasiya ödəməyəcək.
Sputnik-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Bəyanatda həmçinin qeyd olunur: "Əgər Rusiya Türkiyədən ona məxsus təyyarələri vurmayacağına dair zəmanət almaq istəyirsə, əvvəlcə Moskva zəmanət verməlidir ki, Rusiya bir daha Türkiyənin hava məkanını pozmayacaq".
Türkiyə XİN bir daha bəyan edib ki, rəsmi Ankara Rusiya bombardmançı təyyarəsinin vurulmasına görə üzr istəməyəcək.