BAKI, 16 dek-Sputnik. Avropa İttifaqının (Aİ) bütün üzv dövlətləri Rusiyaya qarşı iqtisadi sanksiyaları daha yarım il müddətinə uzatmaq barədə yekdil fikirdədirlər. Bu məsələ Aİ-nin sammitində müzakirə olunmayacaq.
Sputnik-in məlumatına görə,bunu Aİ-nın adının çəkilməsini istəməyən yüksək vəzifəli nümayəndəsi deyib.
"Mən hər hansı müzakirənin olacağını gözləmirəm. Bəlkə də yanılıram, lakin mən bunu ölkələrin nümayəndələr arasındakı danışıqlarına əsasən deyirəm" — deyə mənbə bildirib.
Onun sözlərinə görə, Minsk razılaşmalarının yerinə yetirilməsi ilə sanksiyaların uzadılması arasındakı əlaqə hələ də aktuallığını qoruyub saxlayır. Bu da o deməkdir ki, 28 lider növbəti 6 ay ərzində sanksiyaların uzadılmasını dəstəkləyəcək.