BAKI, 15 dek — Sputnik. Bu il Şimali Qafqazda 156 silahlı ekstremist, o cümlədən 36 dəstə başçısı zərərsizləşdirilib. Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.
Bortnikovun sözlərinə görə, məhv edilmiş dəstə başçılarından 20-si əvvəllər İŞİD-lə əməkdaşlıq etdiyini elan edib.
Bundan başqa, xüsusi xidmət orqanları İŞİD-lə əlaqəsi olduğu güman edilən 2900-dən çox Rusiya vətəndaşının kimliyini müəyyənləşdirib.
Ümumilikdə, rus polisi 30 terror aktının qarşısını alıb və 770-dən çox qulduru və onların köməkçilərini həbs edib.