BAKI, 15 dek — Sputnik. Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri ilə arasında görüş başlayıb.
RİA Novosti-nin verdiyi xəbərə görə, görüşdə Suriya böhranı, İŞİD terrorçu təşkilatına qarşı mübarizə, Rusiya-Türkiyə münasibətlərində yaranmış gərginlik, Ukrayna böhranı ilə bağlı Minsk razılaşmasının şərtlərinin yerinə yetirilib-yetirilməməsi müzakirə olunacaq.
Görüşün yalnız protokol hissəsinin mətbuat tərəfindən işıqlandırılmasına icazə verilib. Sonra danışıqlar bağlı qapılar arxasında davam etdirilib.
Görüşdən sonra C. Kerri prezident Vladimir Putin tərəfindən qəbul olunacaq.