BAKI, 11 dek-Sputnik. YUKOS şirkətinin sabiq rəhbəri Mixail Xodorkovskiyə Nefteyuqansk meri Vladimir Petuxovun qətlinin təşkili ilə bağlı ittiham irəli sürülüb.
Sputnik-in məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin saytında yer alan xəbərdə deyilir.
Burada Xodorkovskinin yaxın zamanlarda axtarışa veriləcəyi də qeyd olunub.
İstintaq versiyasına əsasən, mer V.Petuxovun xidməti fəaliyyəti YUKOS şirkətinin maraqları ilə ziddiyyət təşkil edirdi.
M. Xodorkovskinin özü isə V. Petuxovun qətli ilə bağlı iddiaları rədd edir.
Nefteyuqansk meri V. Petuxov 1998-ci ilin iyun ayında qətlə yetirilib.
Xodorkovski 1997-2004-cü illərdə "YUKOS" neft şirkətinin əsas sahibi və rəhbəri olub. 2003-cü ildə həbs olunub. Həbs olunduğu zaman dünyanın ən zəngin insanlarından biri olub. 2005-ci ildə məhkəmə barəsində hökm çıxararaq onu dələduzluq və başqa cinayətlərin törədilməsində təqdirli bilib. "YUKOS" şirkəti müflis elan edilib. 2010-2011-ci illərdə Xodorkovski barəsində yeni hallara görə yeni hökm verilib.
Xodorkovskinin cinayət təqibi Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən ziddiyyətli qiymətləndirilib.
"Beynəlxalq amnistiya" Xodorkovski və onun həmkarı Platon Lebedevə "Vicdan məhbusu" statusu verib.
Qüvvədə olan hökmlərə əsasən Xodorkovski azadlığa 25 oktyabr 2014-cü ildə çıxmalı idi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxıb.