BAKI, 11 dek — Sputnik. "Rusiyanın Türkiyəyə qarşı etdiyi hərəkətlərə cavab verməməyimiz qorxduğumuza görə deyil. Biz sadəcə səbrlə və sivil dövlət olaraq davranırıq". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özəl telekanala müsahibəsində bildirib.
Nazir, Türkiyənin səbrlə davranmasının səbəblərini bu cür izah edib:
"Bizim də səbrimizin bir həddi var. İstəmədiyimiz bir hadisə baş verdi. Rusiya sərhədimizi qanunsuz olaraq pozdu. Bununla belə, əlaqələrimizi keçmişdə olduğu vəziyyətə qaytarmaq üçün səbrlə davranırıq".