Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Nazir müavini: Azərbaycanın əsas bazarı Rusiyadır

© vnd12.ruBazar
Bazar - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Rusiyada logistik mərkəz tikəcək.

BAKI, 10 dek-Sputnik. Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki logistik mərkəzinə çox böyük maraq var.

Sputnik "APA-Economics"ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev deyib.

"Aktau logistik mərkəzinə olduqca böyük maraq var. Mərkəzdəki qiymətlər, o cümlədən məhsulun saxlanma müddəti, imkanlarına dair məlumatlar əldə edilir. Cari ildən bu sahədə daha böyük irəliləyişlərə nail olunacaq. Azərbaycana məxsus kənd təsərrüfatı və ərzaq məhsullarının gələn ildən Qazaxıstana ixracı baxımından mərkəz böyük əhəmiyyət kəsb edir", — deyə S. Babayev bildirib.

Nazir müavini qeyd edib ki, başqa ölkələrdə də bu cür mərkəzlər tikilə bilər: "Bu, Azərbaycan üçün hədəf bazarları və həmin bazarlardakı imkanlardan asılı olan məsələdir. Hal-hazırda Rusiyada belə bir logistik mərkəzin yaradılması məsələsinə baxılır. Məsələ müzakirə mərhələsindədir. Bu cür məsələlərə kompleks şəkildə yanaşmaq lazımdır. MDB, Orta Asiya ölkələri Azərbaycanın kənd təsərrüfatı, qeyri-neft və sənaye məhsullarına çox böyük maraq göstərir. Bu gün Tacikistanda, Özbəkistanda, Qırğızıstanda geniş iştirakımız var. MDB ölkələrinin hər biri ilə geniş əməkdaşlığımız mövcuddur. Əlbəttə, əsas bazarımız Rusiyadır. Rusiya bazarı kənd təsərrüfatı və sənaye məhsullarımız üçün əsas hədəf hesab olunur".

Xəbər lenti
0