BAKI, 10 dek-Sputnik. Gürcüstan Müdafiə Nazirliyi ölkənin hava məkanının Rusiya hərbi helikopteri tərəfindən pozulması haqqında açıqlama yayıb.
Sputnik-in məlumatına görə, Rusiya helikopteri işğal xəttini keçib və bir neçə dəqiqə sonra geri dönüb. Hadisənin konkret harada baş verdiyi barədə məlumat verilməyib.
Gürcüstanın işğal altındakı Cənubi Osetiya və Abxaziya bölgələrində Rusiya hərbi bazaları mövcuddur.