Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dmitri Medvedev: Türkiyəyə müharibə elan edə bilərdik, amma...

© SputnikИнтервью премьер-министра РФ Дмитрия Медведева российским телеканалам
Интервью премьер-министра РФ Дмитрия Медведева российским телеканалам - Sputnik Azərbaycan
Abunə olmaq
Medvedev, döyüş təyyarəsi vurulmasının müharibə elan etmək üçün səbəb olduğunu, lakin Moskvanın bu addımı atmadığını bildirib.

BAKI, 9 dek – Sputnik. “Türkiyəyə müharibə elan edə bilərdik, amma etmədik”. Bunu Rusiyanın baş naziri Dmitri Medvedev, ölkədəki iqtisadi vəziyyətlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Toplantıda Türkiyə ilə olan münasibətləri xüsusi olaraq dəyərləndirən Medvedev, döyüş təyyarəsi vurulmasının müharibə elan etmək üçün səbəb olduğunu, lakin Moskvanın bu addımı atmadığını bildirib:

"Türkiyə bizim təyyarəmizə hücum təşkil etməklə, savaş şərtlərini yaratdı. Bu açıq aşkar xarici ölkəyə hücum sayılır. Ancaq biz, müharibəni ola biləcək ən pis ssenari saydıq və belə bir addım atmadıq”.

Türkiyəyə tətbiq edilən iqtisadi sanksiyaların Rusiyaya təsirini də dəyərləndirən baş nazir, mövcud vəziyyətin qısa vədədə iqtisadiyyatı zəiflədəcəyini ancaq bunun uzunmüddətli olmayacağını qeyd edib.

Xəbər lenti
0